Türk ordusu Əl-Babın mərkəzinə girdi — Küçə savaşları başladı

Türk ordusu Əl-Babın mərkəzinə girdi — Küçə savaşları başladı backend

Türk ordusunun dəstəklədiyi Azad Suriya Ordusu Suriyanın şimalında yerləşən Əl-Bab şəhərinin mərkəzini İŞİD terrorçularından təmizləmək üçün əməliyyatları gücləndirib.

"Ölkə.Az" xəbər verir ki, Azad Suriya Ordusunun döyüşçüləri ilə terrorçular arasında atışmalar şiddətlənib.

Mərkəzin təpələri terrorçulardan təmizlənib. Hazırda mərkəzin qərb məhəllələrinə soxulan Azad Suriya Ordusu ilə İŞİD yaraqlıları arasında küçə müharibəsi gedir.

Müəyyən ərazilər terrorçulardan təmizləndikdən sonra Azar Suriya Ordusu mərkəzə doğru hücuma keçib. Qərb hissəsində yerləşən Mantıka Qarbiyya, Villalar və Cebel Akil məhələllərində güclü münaqişə gedir. İŞİD bombalı avtomobillərlə hücuma keçməyə çalışır.