Minskdən xüsusi reyslə Bakıya gətirilən blogger Aleksandr Lapşin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Bunu virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, fevralın 7-də gündüz Belarus Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşlığına malik olan blogger Aleksandr Lapşinin Azərbaycana verilməsi haqqında respublika Baş Prokurorluğunun qərarını qüvvədə saxlamışdı.Axşam isə blogger Azərbaycandan Minskə uçmuş operativ-istintaq qrupu tərəfindən Bakıya gətirilmişdi.