Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, ölkə yalnız onun ailəsinə məxsus deyil. Bu barədə “Sana” agentliyi xəbər yayıb. “Təbii ki, ölkə mənim ailəmə məxsus deyil. Suriya suriyalılara məxsusdur və hər bir suriyalının ölkə prezidenti postunu tutmaq hüququ var”, - deyə Əsəd bildirib.
Suriya lideri qeyd edib ki, Rusiya və ABŞ arasında əməkdaşlıq nəinki Suriyanın, həm də bütün dünyanın xeyrinə olacaq. O vurğulayıb ki, İŞİD və “Cəbahət ən Nüsra” ilə mübarizədə xalqı qorumaq üçün istənilən addımlar atıla bilər.