Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu backend

Türkiyənin Çanaqqala vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:37-də baş verən zəlzələnin episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Ötən gün Çanaqqala vilayətində 5,3 bal gücündə iki və 4,4 baladək gücdə bir neçə yeraltı təkan nəticəsində 11 kənddə 110 evə ziyan dəyib, 5 nəfər xəsarət alıb.