ABŞ və İran arasında münasibətlər getdikcə korlanmaqdadır
"Ölkə.Az" xəbər verir ki, Rusiya Trampın bir nömrəli terrorçu dövlət dediyi İrana dəstək verib.Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, rəsmi Moskva İranı terrorçu dövlət kimi tanımır və münasibətləri inkişaf etdirməyə davam edəcək. Peskov Trampın çıxışını şərh edərək deyib: "Bu fikrə qatılmırıq. İran ilə yaxşı münasibətlərimiz var. Ticari və iqtisadi münasibətlərimizə dəyər veririk və onları inkişaf etdirmək istəyirik".
Çinin xarici işlər nazirliyi isə ABŞ-ın İrana qarşı sanksiyalarına "üçüncü tərəfin maraqlarını zədələdiyi"-ni deyib və əleyhinə çıxış edib.
Nazirliyin mətbuat katibi Lu Kanq Pekində verdiyi məbuat konfransında Vaşinqtonun İrana qarşı yeni sanksiyalarının əleyhinə çıxış edib. Rəsmi Pekinin belə təktərəfli sanksiyalara qarşı olduğunu bildirən Lu sanksiyaların beynəlxalq problemləri həll etməyəcəyini vurğulayıb.