Ermənistanda parlament seçkilərinə sənəd qəbulu başladı

Ermənistanda parlament seçkilərinə sənəd qəbulu başladı backend

Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədə aprelin 2-nə planlaşdırılmış parlament seçkilərində iştirak etmək niyyətində olan siyasi partiya və blokların sənəd qəbuluna başlayıb.

Bunu RİA Novosti-yə açıqlamsında Ermənistan MSK-nın rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, partiya və siyasi blokların müraciəti 6 fevral tarixindən başlanıb və on gün davam edəcək: “MSK müraciət edən siyasi partiya və blokların qeydiyyat sənədlərini fevralın 16-dən 26-dək yoxlayacaq”.

Qeyd edək ki, Ermənistanda seçkiqabağı kampaniya martın 5-dən 31-dək davam edəcək.(azvision.az)