Aya-Sofya Muzeyi məscid kimi açıla bilər.
Roma Papası I Fransiskin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına cavab olaraq Türkiyə Aya-Sofya Muzeyini məscid kimi imanlı insanların üzünə aça bilər.Modern.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Ankara müftisi Məfail Hızlı bildirib.
Ankara müftisi bildirib ki, Roma Papası I Fransiskin bu açıqlaması Aya-Sofya Muzeyinin yenidən məscid kimi fəaliyyət göstərməsini sürətləndirəcək: “Papa Birinci Dünya Müharibəsində müsəlmanların çəkdiyi əzablara göz yumaraq, katolik kilsəsinin ermənilərlə həmrəyliyindən danışır”.
Roma Papası I Faransisk Vatikanda 1915-ci il hadisələrində ölənləri anmaq üçün təşkil olunan ayində işlətdiyi “20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı keçirilib” ifadəsini işlədib. Bu isə Türkiyədə böyük etirazlara səbəb olub.