Ötən gecə Ukrayna paytaxtında “anti-maydan” aksiyalarının təşkilatçısı kimi tanınan sabiq deputat Oleq Kalaşnikov güllələlənib.
Trend-in Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, sabiq prezident Viktor Yanukoviçin tərəfdarlarından və Regionlar Partiyasının əsas rəhbərlərindən biri olan O.Kalaşnikov Kiyevin Vinoqradar rayonunda yaşadığı evdə öldürülüb. Hücum edən şəxslərin iki nəfər olduğu bildirilir.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir. Lakin Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, burada yalnız siyasi fəaliyyətdən söz gedə bilməz, qətl borclar, biznes münasibətləri və qarət motiviylə də törədilə bilər. Hadisə yerində O.Kalaşnikovun gəlininin də qarət olunduğu qeyd edilir.