QAZİLER.AZ Evronyus-a istinadən xəbər verir k, havaların yaxşı keçməsi buna şərait yaradır. Az qala hər gün yüzlərlə qeyri-leqal miqrant Liviyada müxtəlif miqyaslı qaçaqmalçı gəmilərə minərək İtaliyaya üz tuturlar. Qacqınları dənizdə italiyanın təhlükəsizlik gəmiləri və digər gəmilər xilas edirlər.
Təkcə 4 günə 10 min miqrant İtalyanın sahillərində tapılıb və xilas edilib.Yerli xalq gəlmələrdən o qədər də razı deyillər. Yerli sakinlərdən biri:“ Biz İtaliyanı bu miqrantlarla köməyə çağırırıq.Ona görə yox ki, biz irqçiyiq, sadəcə biz onları heç yerdə yerləşdirə bilmirik, həmçinin onlara kömək üçün pul da yoxdur. Mənim onlara yazığım gəlir. Axı onlar müharibə gedən ölkələrdən gəlirlər. Ancaq çox heyf ki, bizim ölkə onlara kömək edə bilmir. Mən yerli sakinəm və artıq 2 ildir ki, işsizəm. Tezliklə mən buradan getməli olacam.
Təxminən 1 gün əvvəl İtaliyanın sahillərində Liviya qaçqınları gəmisi çevrilmişdi. “Reyter” Agentliyinin məlumatına görə, çevrilmənin nəticəsində 550 sərnişindən 400 -ü həlak olub. Onlardan coxu usaqlar və yerniyətmələr olub.