İstanbulda polis şübhəli avtomobilə atəş açıb

İstanbulda polis şübhəli avtomobilə atəş açıb backend

Türkiyə polisi İstanbulun Atatürk hava limanı yaxınlığında olan şübhəli avtomobilə atəş açıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, maşının içində 3 nəfər olub.

Hava limanının nəzarət-keçid məntəqəsinə yaxınlaşan ağ furqon polisin dayanmaq əmrinə tabe olmayıb. Təqib edilən avtomobilin sərnişinləri hadisə yerindən qaça bilib