Avropa Parlamenti Türkiyəni arxivləri açmağa çağırdı.
Avropa Parlamenti (AP) Türkiyəni 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırıb.Trend bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Bu bəyanat AP-də uydurma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsindən dərhal sonra verilib.
Bundan əvvəl Türkiyə rəhbərliyi dəfələrlə beynəlxalq ictimaiyyəti və Ermənistan rəhbərliyini birgə komissiya təşkil etməyə və Osmanlı dövrünə aid arxivləri açaraq müştərək araşdırma aparmağa dəvət edib. Lakin Ermənistan hakimiyyəti rəsmi Ankaranın bu çağırışlarına məhəl qoymayıb.