İran XİN rəhbəri: ABŞ-ın sanksiyaları qeyri-legitimdir

İran XİN rəhbəri: ABŞ-ın sanksiyaları qeyri-legitimdir backend

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın yeni sanksiyalarını qeyri-legitim adlandırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, nazir sanksiyalara cavab olaraq Amerika vətəndaşlarına qarşı cavab tədbirlərinin hazırlanması barədə məlumat verib.

"Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla "altılıq" arasında əldə olunmuş sazişə dair BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir", - Zərif deyib.