İŞİD terrorçuları ABŞ sərhədinin 13 kilometrliyində

İŞİD terrorçuları ABŞ sərhədinin 13 kilometrliyində backend

İraq və Suriya ərazilərində fəaliyyət göstərən İŞİD terror təşkilatı üzvləri ABŞ sərhədinin 13 kilometrliyində yerləşən Anapra vilayətində hərbi düşərgə salıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ və Meksika təhlükəsizlik qüvvələrinin Meksikanın Anapra bölgəsində keçirdiyi hərbi əməliyyat zamanı ələ keçirilən plan və digər sənədlərdən məlum olub.

Məlumata görə, Meksika rəsmiləri həmin ərazidə İŞİD dəstəsinin olduğunu bəyan edib. Bildirilib ki, Meksikaya məxsus həmin ərazi narkotik mafiyasının nəzarətindədir. Bu səbəbdən də Meksika hərbçilərinin və polisinin həmin ərazilərdə əməliyyat keçirməsi risklidir.

Meksika xüsusi xidmət orqanları isə bəyan edib ki, sözügedən ərazidə fəaliyyət göstərən mafiya ABŞ sərhədinə çox rahat girib-çıxa bilir. Buna görə də İŞİD terrorçuları həmin narkobaronlardan da istifadə edib ABŞ-a daxil ola bilər.
Diaspora