İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq

İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq backend

İran Xarici İşlər Nazirliyi ABŞ-ın sərbəst güləş üzrə milli komandasının üzvlərinin Dünya Kubokuna buraxılmasına qarşı çıxıb. Virtualaz.org bildirir ki, bunu İran xarici siyasət idarəsinin nümayəndəsi Bəhram Qasımi “Frans Press” agentliyinə açıqlamasında deyib.


Onun sözlərinə görə, bu məsələyə nazirliyin xüsusi komissiyasında baxılıb: “Nəticədə komitə amerikalı idmançıların İrana gəlişinə qarşı oldu. Əsas diqqət ABŞ prezidenti Donald Trampın 7 ölkə vətəndaşına vizanın verilməsinə məhdudiyyət qoyması haqqında imzaladığı fərmana yönəldilib”.

Yarış fevralın 16-17-də İranın Kirmanşah şəhərində keçiriləcək.

Qeyd edək ki, yanvarın 27-də Donald Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.