ABŞ Latviyada 225 əsgər yerləşdirəcək

ABŞ Latviyada 225 əsgər yerləşdirəcək backend

Yanvarın 5-də Latviyanın Adaji hərbi bazasına 225 ABŞ əsgərinin gəlməsi gözlənilir.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Delfi" portalında yer alıb.

Əvvəl Latviya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Amerika əsgərləri "Atlantic Resolve" əməliyyatında iştirak edən hərbçiləri əvəz edəcək. Yeni gələn əsgərləri isə tez və ya gec Kanada əsgərləri əvəzləyəcək.

"Wall Street Journal" qəzeti yazır ki, ABŞ Polşada keçirilən hərbi təlimlərdən sonra Baltikyanı ölkələrə tanklar və ağır texnika göndərir.