Rusiya prezidentinin ənənəvi mətbuat konfransı bu gün baş tutacaq.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq. ANS PRESS-in məlumatına görə, Kreml rəhbəri ilə canlı yayım aprelin 16-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verəcək. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Aprelin 9-dan daxil olan suallardan görünür ki, rusiyalılar prezidentdən milli marağın müdafiəsi məqsədilə daha sərt və davamlı siyasət gözləyirlər.”
Ekspertlərin fikrincə, adətən V.Putinin imicinin gücləndirilməsinə xidmət edən jurnalistlərlə görüş başqa məqsədləri də var. Bunlar ölkə vətəndaşlarında inam yaratmaq, əhali arasında iqtisadiyyatla bağlı yaranmış çətinliklərə aydınlıq gətirmək, daxili və xarici siyasətlə bağlı açıqlamalar verməkdir.
Xatırladaq ki, son bir ildir Rusiya ilə Qərb arasında münasibətlər gərginləşob. Moskva ötən ilin martında Krımı ilhaq etdikdən sonra Qərbin iqtisadi-siyasi sanksiyaları ilə üzləşib.