Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın federal kansleri Angela Merkeli bu gün qəbul edib.
Qaziler.az Hürriyet-ə istinadən bildirir ki, görüşdən sonra keçirilən mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A. Merkelen işlətdiyi “islamist terror” ifadəsinə Ərdoğan sərt reaksiya verib: “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadənin işlənməsi düzgün deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. İŞİD terror təşkilatı olduğuna görə, "islamist terror" ifadəsini işlətmək çox üzücü olar. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən müsəlman dövlət başçısı olaraq bunu əsla qəbul edə bilmərəm. İndi İŞİD-ə qarşı bizim kimi mübarizə aparan ikinci ölkə yoxdur”.A. Merkel isə cavab olaraq “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu vurğulayıb: “Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası hesab edirəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik”.