Avropa Komissiyası (AK) anti-inhisar istintaqı çərçivəsində Google şirkətinə qarşı rəsmi ittiham irəli sürməyə hazırdır. Bu halda Amerika kompaniyasını 7 milyard dollar məbləğində cərimələnə bilər.
Publika.az-ın məlumatına görə, hazırda Avropa Komissiyası Google şirkətinə iddiaların yer aldığı rəsmi məktub göndərmək məsələsini müzakirə edir. Məktub təqdim edildikdən sonra qanun pozuntularını aradan qaldırmaq üçün kompaniyanın 2015-ci ilin sonunadək vaxtı olacaq. Əks halda AK kompaniyanı 7 milyard dollar həcmində cərimələmək hüququnu özündə saxlayacaq.Avropa Komissiyası əsasən, Google şirkətinin internetdə informasiya axtarışı və kommersiya təklifləri xidmətinin texnoloji bölünməsində israr edir. Hazırda internetdə aparılan axtarışların 90 faizi məhz Google kompaniyasının payına düşür.
Qeyd edək ki, Avropa Komissiyasının Google şirkətinə qarşı apardığı anti-inhisar təhqiqatı 2010-cu ildən başlayıb. Kompaniya AK-ya xidmət göstərdiyi sistemin dəyişdirilməsi təklifi ilə artıq üç dəfə müraciət etsə də, onlar yetərli sayılmayıb.