Ayda 2 milyon dollar xərcləyən aktyor

Ayda 2 milyon dollar xərcləyən aktyor backend

Müflis olduğu deyilən aktyor Conni Deppin ayda iki milyon dollar xərclədiyi üzə çıxıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə aktyorun büdcəsinə nəzarət edən “Management Group” şirkəti məlumat yayıb.

Şirkət müflis olmasında aktyorun özünü günahlandıraraq, onun aylıq xərclərinin iki milyon dollar olduğunu iddia edib.

Belə ki, aktyor 45 metrlik yaxta üçün 18 milyon dollar, uğursuz olan səsyazma şirkəti üçün dörd milyon dollar, ölən yazıçı dostu Hanter Stokton Tompsonun dəfn mərasimi üçün isə üç milyon dollar xərcləyib.

Bundan əlavə, onun 40 nəfərlik yaradıcı heyətinin xərcləri üçün aylıq 300 min dollar, şəxsi təyyarələrinin saxlanılması üçün aylıq 200 min dollar, mühafizəsi üçün isə aylıq 150 min dollar vəsait sərf etdiyi məlum olub.

Qeyd edək ki, “Karib dənizinin quldurları” filmi ilə məşhurlaşan aktyor xərclərini düzgün yönləndirmədiyinə görə “Management Group” şirkətini məhkəməyə verib və 25 milyon dollar təzminat istəyib.