Tehrandan Bakıya daha bir aviareys açıldı

Tehrandan Bakıya daha bir aviareys açıldı backend

İranın "Mahan Air" aviaşirkəti bu gün Tehran-Bakı marşrutu üzrə ilk aviareysini həyata keçirib. APA TV-nin xəbərinə görə, bununla iki ölkə arasında həftə ərzində həyata keçirilən aviareyslərin sayı 14-ə çatıb.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, Novruz bayramından sonra aviareyslərin sayının artacağı gözlənilir: "Ötən il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayında 30 dəfə artım qeydə alınıb. Biz turistlərin sayının daha da artmasını arzu edirik. "Mahan Air" şirkəti də bu işdə öz töhfəsini verəcək. Bu, həmçinin azərbaycanlı turistlərin İrana çıxışını asanlaşdıracaq".

Aviaşirkətin həyata keçirdiyi ilk reyslə 35 nəfər Azərbaycana gəlib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və "ATA Airlines" aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.