NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav Ukraynanın şərqində hərbi əməliyyatların yenidən alovlanmasından narahat olduğunu bildirib.
Axar.az xəbər verir ki, Bridlav bununla bağlı özünün Tvitter səhifəsində yazıb.“Ukraynada hərbi əməliyyatların yenidən alovlanmasından narahatıq. Hər iki tərəfin öz qüvvələrini geri çəkməyi və Rusiyanın münaqişəni alovlandırmağı dayandırması çox vacibdir”, - general bildirib.