İŞİD Bağdada yaxınlaşır

İŞİD Bağdada yaxınlaşır backend

İraqın Ramadi şəhəri İŞİD terrorçu təşkilatının əlinə keçmək təhlükəsi ilə üzləşib.

Qaziler.az Publika.az-a istinadən bildirir ki, bu barədə “CNN International” televiziyası xəbər yayıb.

Məlumata görə, yerli əhali ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İŞİD-ə təcili havadan zərbə vurmasını gözləyir.

Xəbərdə o da deyilir ki, son günlər şəhərdə davam edən intensiv atışma İŞİD-in üstünlüyünə səbəb olub. Vəziyyət belə davam edərsə, o zaman ən yaxın zamanda İŞİD Ramadi şəhərini ələ keçirə bilər.

Yerli sakinlər isə həm İraq hökumətinə, həm də NATO qüvvələrinə İŞİD-ə qarşı təcili hərbi əməliyyatların həyata keçirilməsi çağırışını ediblər.

Sakinlərin sözlərinə görə, İŞİD yaxın bir neçə gün ərzində paytaxt Bağdadın 110 kilometrliyində yerləşən Ramadi şəhərində özlərinə yeni qərargah qurmağa başlayıb.
Diaspora