İŞİD terror qruplaşmasının liderlərindən biri, təşkilatın başçısı Əbu Bəkr əl-Bağdadiyə yaxın olan Abdulla Yusif adlı ekstremist Mosulun qərbində zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə İraqın "IBNNews" informasiya portalı məlumat yayıb.Məlumata görə, Əbu Bəkr əl-Xatuni ləqəbi ilə də tanınan terrorçu İŞİD ierarxiyasında "üçüncü" şəxs hesab olunub. O, xüsusi əməliyyat zamanı Təll-Əfar şəhəri ərazisində öldürülüb.