BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək backend

BMT Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək. APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, iclas rəsmi Tel-Əvivin təşəbbüsü ilə baş tutacaq.

Bundan əvvəl İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb.

“İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.

Qeyd edək ki, yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.