Dmitri Medvedev azərbaycanlını iqtisadi inkişaf nazirinin müavini təyin edib

Dmitri Medvedev azərbaycanlını iqtisadi inkişaf nazirinin müavini təyin edib backend

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında xəbər verilib.

"Azər Mütəllim oğlu Talıbov iqtisadi inkişaf nazirinin müavini təyin edilsin" – deyə sənəddə bildirilir.

O, bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub.