Qətər XİN başçısı Azərbaycana səfər edəcək

Qətər XİN başçısı Azərbaycana səfər edəcək backend

Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, qətərli nazirin Azərbayana səfəri yanvarın 30-31-də baş tutacaq.

Səfər çərçivəsində Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.