Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum ərəfəsində təbliğat mitinqlərində iştirak edəcək. Trend bildirir ki, konstitusiya dəyişikliklərinin tərəfdarı olan Ərdoğanın bunun üçün 40-a yaxın mitinqdə çıxış edəcəyi planlaşdırılır.
Qeyd edək ki, təbliğat mitinqləri fevralın ortalarından başlayacaq.
Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun isə aprelin əvvəlində keçirilməsi nəzərdə tutulur.