ABŞ vizası almaq istəyənlərin sosial şəbəkələrdəki səhifələri araşdırıla bilər

ABŞ vizası almaq istəyənlərin sosial şəbəkələrdəki səhifələri araşdırıla bilər backend

ABŞ hökuməti ölkəyə gələn xarici ölkə vətəndaşlarının sosial şəbəkələrdəki səhifələri və daxil olduqları saytlar barədə informasiya tələb edə bilər.


İKT.lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdə müzakirə aparılır. Prezident Donald Trampın müşaviri Stiven Miller bunu istisna etməyib. O, xarici qonaqların mobil telefonlarındakı əlaqə nömrələrinin də tələb oluna biləcəyini söyləyib. Əgər hər hansı şəxs bu məlumatları təqdim etməkdən imtina etsə, onun ABŞ-a girişinə icazə verilməyəcək.

Hələlik məsələnin müzakirəsinin ilkin mərhələdə olduğu bildirilir.