Türkiyə Hərbi Hava Qüvvələrində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib

Türkiyə Hərbi Hava Qüvvələrində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib backend

Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, onların 10-u hərbçi, o cümlədən ikisi polkovnik-leytenant, 1-i donanma komandanı, 5-i isə mülki şəxsdir.

Onların həbs edilməsi istiqamətində ölkənin 8 əyalətində, o cümlədən Ankara, Diyarbakır, Amasya və Əskişəhərdə əməliyyat keçirilib.

Xəbərdə barələrində sanksiya verilən hərbçilərin hamısının həbs edildiyi bildirilib.