Bədən tərbiyəsi ilə məşğul olmaq üçün “ağıllı” qolbaqlar bazarının lideri sayılan “Fitbit” şirkəti 80-120 nəfər əməkdaşını istisar etməyi hazırlaşır. İKT.lent.az-ın “The Information” nəşrinə istinadən məlumatına görə, şirkət ştatının 10 faizini ixtisar edəcək. Bu ixtisarlar “Fitbit”ə xərclərini təxminən 200 milyon dollar qənaət etməyə imkan verəcək.
Bir müddət əvvəl məlum olub ki, “Fitbit” cihazlarının istehsalı zəif tələbat səbəbindən dayandırılıb.
Bu arada dekabrda “Fitbit” “Pebble” şirkətini əldə edib. Anlaşmanın dəyəri açıqlanmır, ancaq müstəqil qiymətləndirməyə görə bu rəqəm 40 milyon dollar təşkil edir.
İddia edilir ki, şirkətin ötən rüb üçün açıqlayacağı nəticələr acınacaqlı olacaq.