Obama təsdiqlədi: İranın taleyi Konqresin əlində

Obama təsdiqlədi: İranın taleyi Konqresin əlində backend

ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiya məsələsi ilə bağlı Konqresə güzəştə gedib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Amerikanın “Röyter” agentliyi yayıb.

Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri respublikaçılar tərəfindən təklif olunan qanunu imzalayıb. Qanuna əsasən, ABŞ qanunvericilərinin İranla bağlı istənilən bir müqavilənin qarşısını almaq hüququ var.

Qeyd edək ki, daha öncə Barak Obama belə, qanuna veto qoyacağı ilə senatorları təhdid edib. Lakin qanun layihəsi demokrat senatorların əksəriyyəti tərəfindən dəstəklənəndən sonra Obama fikrini dəyişməyə məcbur olub.
Diaspora