Ərdoğan Qırğız Respublikasına gedəcək

Ərdoğan Qırğız Respublikasına gedəcək backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğız Respublikasına səfər edəcək. “Report” xəbər verir ki, bu haqda Türkiyənin Bişkekdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, Qırğız Respublikasının Ankaradakı səfiri İbrahim Junusov iki ölkə arasında əməkdaşlıq məsələlərini və dövlət başçısının səfərini müzakirə etmək üçün Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb.

Səfərin tarixi açıqlanmayıb.