Kanadanın Kvebek şəhərində əli silahlı 3 şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə gecə namazı zamanı törədilib. Həmin vaxt məsciddə 40-100 nəfər insan olub.
Kanadanın baş naziri Castin Tryudo Kvekebkdə İslam mədəniyyəti mərkəzinə hücumla bağlı Twitter səhifəsində yazıb: “Bu gün Kvebekdə məscidə edilən qorxaqcasına hücumun qurbanlarına yas saxlayırlar. Mənim fikrim hücum nəticəsində ölənlərin yaxınlarının yanındadır”.
Hökumət başçısı məscidə hücumu terror aktı adlandırıb.
Məlumata görə, hadisə ilə bağlı iki nəfərin həbs edilib. Polis rəsmiləri hücumda iştirak edən üçüncü silahlının qaçıb gizləndiyini istisna etmirlər.
Hücumun səbəbi məlum deyil, araşdımalar aparılır.