Türkiyədə toy mərasiminə silahlı hücum: Ölən və yaralananlar var

Türkiyədə toy mərasiminə silahlı hücum: Ölən və yaralananlar var backend

Türkiyənin paytaxtı Ankara şəhərində, Konya yolu üzərindəki oteldə keçirilən kiçik toy mərasiminə silahlı hücum baş verib.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, naməlum şəxslər mərasimdə iştirak edən qonaqlara odlu silahdan atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Polis cinayətkarların yaxalanması məqsədilə əməliyyata başlayıb.