ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampı mətbuat katibi Şon Spayser “Twitter” səhifəsində bildirib. Onun sözlərinə görə, D.Tramp V.Putinə Ağ Evdəki “Oval kabinet”dən zəng edib. Danışıq zamanı otaqda Trampın müşavirləri iştirak edirlər.Ş.Speyserin dərc etdiyi fotoda masa arxasında əyləşən Trampın telefonla danışdığı an əks olunub. Masanın ətrafındakılar arasında vitse-prezident Mayk Pens, Ağ Ev aparatının rəhbəri Rayns Pribas, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və strateji məsələlər üzrə müşaviri Stiven Bennondur.