Almaniya mətbuatı NATO bazalarında qulluq edən 40 nəfərə yaxın türk əsgər personalının Almaniyaya sığınacaq üçün müraciət etdiyini iddia edir.
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alman mətbuatında bu şəxslərin əksəriyyətinin yüksək rütbəli zabit olduğu bildirilir."Spiegel"in xəbərində Almaniyanın Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və respublikanın Daxili İşlər Nazirliyinin bu əsgərlərin müraciətlərinə dair normal prosedur tətbiq etdiyi qeyd olunub.
Almaniya kansleri Angela Merkel gələn həftənin cümə günü Türkiyəyə səfər edəcək. Səfər zamanı bu məsələnin müzakirəsinin hansı yöndə aparılacağı maraq doğurur.