Gürcüstan Xarici İşlər Nazirliyinin yaxınlığında silahlı insident baş verib

Gürcüstan Xarici İşlər Nazirliyinin yaxınlığında silahlı insident baş verib backend

Səhər saatlarında baş vermiş hadisə nəticəsində zərərçəkən olmayıb. Atəş açan şəxs isə artıq saxlanılıb.

Gürcüstan Xarici İşlər Nazirliyi binasının yaxınlığında silahlı insident baş verib. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan kişi odlu silahdan havaya atəş açıb. Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin yaşadığı mənzil hadisə baş verən yerdən 100 metr aralıda yerləşir.


Diaspora