İŞİD Əl-Babdan geri çəkilir

İŞİD Əl-Babdan geri çəkilir backend

İŞİD terrorçuları Suriyanın Əl-Bab şəhərindən geri çəkilir

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, türk ordusunun əməliyyatları nəicəsində terrorçular şəhərdən geri çəkilir, qərargahı və mərkəzi Tadif bölgəsinə yerləşdirir.

Türk ordusundan verilən açıqlamaya əsasən, Əl-Babın mülki əhalisinin bir qismi İŞİD ərazini tərk etməyib. Hazırda şəhərdə 15-18 min mülki əhali yaşayır. Amma su, elektrik kimi komunal xidmətlərin və qida çətinliyinin yaranması vəziyyəti gərginləşdirib. Amma İŞİD propoqandası əhaliyə şəhəri tərk etməyə icazə vermir.

Ordudan verilən açıqlamaya əsasən, terrorçular müdafiə xəttini gücləndirmək, qarşı tərəfin itkilərini artırmaq üçün Əl-Babdakı istehkam çalışmalarına davam edirlər. Son vaxtlar şəhərdə Tunisli qaçqınların sayında artım müşahidə edilir. İŞİD terrorçuları bütün qərargah və mərkəzlərini Tadif bölgəsinə köçürüb.