Polşada 80-ə yaxın avtomobilin toqquşması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın “sputnik.by” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi dumanlı hava şəraiti göstərilir.
Hadisə nəticəsində 34 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.Ölkə prokurorluğu hadisə ilə bağlı araşdırma aparacaq.