İŞİD-in 22 üzvü ələ keçdi - 272 mövqe hədəfə alındı

İŞİD-in 22 üzvü ələ keçdi - 272 mövqe hədəfə alındı backend

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi Fırat Qəlxanı Hərəkatında 22 terrorçu zərərsizləşdirilib.

Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Suriyanın şimalında həyata keçirilən əməliyyatlar zamanı İŞİD terror təşkilatına mənsub olan 272 mövqe hədəfə alınıb, 22 terrorçu ələ keçirilib.

Hava hücumu zamanı 21 bina, 2 qərargah binası və cəbhəxana dağıdılıb.

Bildirək ki, Türkiyə Silahlı Qüvvələri ( TSK) həmin ərazilərdə yerli vətəndaşlar zərər görməsin deyə lazımi tədbirləri görüb.