Danimarka parlamenti qondarma “erməni soyqırımı” haqqında qətnaməni qəbul edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın İctimai radiosu yayıb. Qətnamənin lehinə parlamentdə 89, əleyhinə 9 nəfər səs verib. 11 nəfər isə bitərəf qalıb.Qeyd edək ki, Danimarka Xarici İşlər Nazirliyi “erməni soyqırımı”nı tanımaqdan rəsmən imtina edib.