Türkiyə Yəmən münaqişəsinin tərəflərini dialoqa çağırıb.
“Türkiyə Yəmən münaqişəsinin nizamlanması yolunda göstərdiyi səyləri davam etdirmək niyyətindədir”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək Moskvada keçirdiyi mətbuat konfransında deyib.C. Çiçək bildirib ki, Türkiyə Yəmən münaqişəsi ilə bağlı Ər-Riyad və ya İstanbulda tərəflərin görüşməsini təklif edir: “Aydındır ki, husilər işğal olunmuş əraziləri azad etməli və öz qoşunlarını geri çəkməlidir. Münaqişənin həlli üçün Türkiyə bütün tərəfləri qəbul etməyə hazırdır”.