Latviyadan Rusiyaya: “Dovşan kimi...”

Latviyadan Rusiyaya: “Dovşan kimi...” backend

Latviya xarici və daxili siyasət sferasında zəif olmamalıdır. Axar.az xəbər verir ki, bunu Seymdə çıxışı zamanı Latviya Xarici İşlər naziri Edqar Rinkeviç söyləyib.

“Qlobal dünyada heç bir ölkə təhlükəsizlik, terrorizmlə mübarizə, miqrant axını və ya iqlim dəyişikliyi kimi çağırışlara təkbaşına cavab verə bilməz. Biz nəticəni yalnız sıx qarşılıqlı əməkdaşlıq şəraitində əldə edə bilərik. Biz tez-tez eşidirik ki, Latviya sakitcə bir tərəfdə əyləşməlidir. Yəni ətrafında qorxulu canavar dolaşan zaman dovşan kimi şam ağacının altında oturmalıdır. Biz artıq bir dəfə belə etmişik. İndi kənarda dayana bilmərik”, – deyə o bildirib.