Rusiyanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Kadakin bu gün səhər saatlarında vəfat edib. RİA Novosti bildirir ki, 68 yaşlı səfir bir neçə gün əvvəl kəskin ürəktutması diaqnozu ilə hospitala yerləşdirilmişdi.
Əvvəllər Rusiyanın Nepal və İsveçdəki diplomatik nümayəndələrinə başçılıq etmiş A.Kadakin 2009-cu ilin noyabrından bəri Hindistanda səfir idi.