Türkiyə Silahlı Qüvvələri “Fırat Qalxanı” əməliyyatını çərçivəsində İŞİD terror təşkilatına qarşı mübarizəni davam etdirir.
Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Əl-Bab şəhəri yaxınlığında İŞİD terror təşkilatı Türkiyə hərbiçilərinə hücum edib.Türkiyə Silahlı Qüvvələrinin olduğu bölgənin raket atəşinə tutulması nəticəsində 1 əsgər şəhid olub. Daha 5 əsgər isə yaralanıb.