İstanbulda zavodda partlayış baş verib, yaralananlar var

İstanbulda zavodda partlayış baş verib, yaralananlar var backend

Türkiyənin İstanbul şəhərində Hadımköy Atatürk Sənaye Parkında plastik məhsulların istehsalı ilə məşğul olan zavodda partlayış baş verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 18:00-da zavodun anbarında meydana gəlib.
Məlumata görə, 3 min kvadratmetr sahəyə malik zavodda partlayışdan sonra yanğın olub. Nəticədə 4 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğının söndürülməsi üçün 25 yanğınsöndürən maşın, 5 təcili tibbi yardım və 85 personal cəlb edilib.