Ermənilər “Aprel döyüşləri”ndə yaralanan hərbçilərin sayını AÇIQLADILAR

Ermənilər “Aprel döyüşləri”ndə yaralanan hərbçilərin sayını AÇIQLADILAR backend

2016-cı ilin aprelində baş vermiş “4 günlük döyüşlər” və ondan sonrakı günlərdə 159 erməni əsgər yaralanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin tibb departamentinin rəhbəri Kamavor Xaçatryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 10 ay keçsə də, 9 hərbçi hələ də müalicə olunur. Onlardan 2-si hospitalda, 1-i özəl klinikada, qalanları isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) reabilitasiya mərkəzindədir.