Türkiyə və İran ikitərəfli ticarətdə milli məzənnələrindən istifadə edəcəklər.
ATV.az Rusiya KİV-nə istinadən bildirir ki, hər iki ölkə dollardan imtina etmək qərarına gəlib. Hazırda onların illik ticarət dövriyyəsi 14 milyard dollar təşkil edir. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və Həsən Ruhani məsələ ilə bağlı açıqlama veriblər. Bundan başqa, Ərdoğan İran qazının idxalına endirimlər etmək haqqında razılaşma əldə etmək istəyir. Bu razılığa nail olunsa, Türkiyə əhəmiyyətli qaz nəqliyyatı ölkəsi olacaq.