Dumana görə uçuşlar təxirə salınıb

Dumana görə uçuşlar təxirə salınıb backend

Londonun Heathrow hava limanı 100 uçuşu təxirə salıb. London City aeroportu 65, Gatwick isə doqquz uçuşu təxirə salıb.


Londonun digər iki aeroportu - Luton və Stansted isə hələ ki, heç bir uçuşu təxirə salmayıb.

London, cənub-qərbi və cənub-şərqi İngiltərədə duman ilə bağlı xəbərdarlıq qüvvədədir.

Meteorologiya İdarəsi "qalın soyuq duman" olacağı barədə xəbərdarlıq edib.

Soyuq havanın günortadan sonra da davam edəcəyi gözlənilir.