Fərhad Səmədov baş nazirin müavini təyin olundu

Fərhad Səmədov baş nazirin müavini təyin olundu backend

Rusiyanın Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitovun fərmanı ilə azərbaycanlı Fərhad Səmədov baş nazirin müavini təyin olunub. Virtualaz.org xəbər verir ki, bu haqda Başqırdıstan hökumətinin mətbuat xidməti bildirir.

Fərhad Astan oğlu Səmədov Gürcüstanda anadan olub, 57 yaşı var. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb, tikinti mühəndisi işləyib. 90-cı illərin əvvəllərində elmi tədqiqat institutlarında elmi əməkdaş olub. 2000-ci illərin əvvəllərindən Başqırdıstanın iri müəssisələrində top-menecerlik edib.”Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib. Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub. Hökumətdə Səmədov sənayeyə, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.